Dünya

Avtomobil yarışı zamanı dəhşətli qəza: Çox sayda maşın toqquşdu

15 İyul 2024 13:03
Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Ayova ştatında oval avtodromda keçirilən "IndyCar" çempionatının yarışı zamanı dəhşətli qəza baş verib.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az f1news.ru saytına istinadən məlumat verir.

Məlumata görə, yarışda "Penske" komandasının heyətində mübarizə aparan Uill Pauer qələbə qazanıb, lakin o, finiş xəttini keçərkən arxasında dörd avtomobil bir-biri ilə toqquşub.

"IndyCar"ın sosial şəbəkə hesablarında yayımlanan videoda hadisənin bütün rakurslardan anbaan görüntüləri əks olunub.

Qəzada xəsarət alan bütün iştirakçılara dərhal tibbi yardım göstərilib. Onlardan üçü avtodromun tibb məntəqəsində müayinədən sonra buraxılıb, daha birinin də huşunun yerində olduğu və vəziyyətinin təhlükəli olmadığı bildirilib. Lakin o, daha ətraflı müayinə üçün yerli xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.