Dünya

Peskov ABŞ-ni təhtid etdi: Potensial qurbanlar Avropa paytaxtları olacaq

13 İyul 2024 19:10
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın ABŞ-nin uzaqmənzilli raketlərinin Avropada yerləşdirilməsinə cavab vermək üçün kifayət qədər potensialı var.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu qarşıdurmada potensial qurbanlar Avropa paytaxtları olacaq.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Yaponiyanın Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında bildirib ki, Almaniya ərazisində yeni Amerika raketlərinin yerləşdirilməsi planları Rusiya ilə gərginliyə səbəb olmayacaq.

Kansler qeyd edib ki, silah çəkindirici funksiyanı yerinə yetirir və əvvəldən arxa cəbhənin təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.