Dünya

Almaniya da Gürcüstanla tərəfdaşlığı dayandırdı

10 İyul 2024 14:32
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Gürcüstanın Avropa İttifaqına (Aİ) qoşulmasını istəyir, lakin bunun üçün Gürcüstan standartlara cavab verməlidir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer deyib.

O, üzvlük prosesinin məhz Gürcüstan hökumətinin kursuna görə dayandırıldığını qeyd edib. Səfir Almaniyanın Gürcüstanla yeni maliyyə öhdəlikləri qəbul etmədiyini, alman ordusunun Gürcüstanla tərəfdaşlıqda iştirakını dayandırdığını əlavə edib.

Qeyd edib ki, Berlin Gürcüstanla bağlı digər addımları nəzərdən keçirir.

Piter Fişer Almaniyanın buna qədər ABŞ ilə birlikdə Gürcüstanın ən yaxşı müdafiə tərəfdaşı olduğunu deyib.

"Biz vəziyyəti izləyirik və müvafiq qərar qəbul edəcəyik", - Fişer bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.