Dünya

Pezeşkian Azərbaycan türküdür - Ərdoğan

7 İyul 2024 19:08
Baxış: 3 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Məsud Pezeşkianın qələbəsindən sonra İranla münasibətlərin müsbət və davamlı inkişafını gözləyirəm".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Məsud Pezeşkian Azərbaycanəsilli türkdür. Təbrizdə türkcə danışır, amma kürd bölgələrinə gələndə orada kürdcə danışa bilir. Farscanı da yaxşı bilir.

Onunla əlaqə saxlayıb təbrik edəcəyəm. Ümid edirik ki, Türkiyə ilə İran arasında münasibətlər gələcəkdə daha da yaxşılaşacaq. Üstəlik, İran Türkiyənin bölgədə ən yaxşı əlaqələri olan ölkədir", - Ərdoğan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.