Dünya

Hindistanda dini tədbirdə izdiham zamanı 100-dən çox adam ölüb

2 İyul 2024 22:53
Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Uttar Pradeş əyalətinin Hathras rayonunda dini tədbir zamanı baş verən böyük izdihamda ən azı 107 nəfər həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki,, bu barədə "Hindustan Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, ölənlərin əksəriyyəti qadınlardır.

Polis hadisə zamanı havanın çox isti və rütubətli olduğunu bildirib.

Sağ qalanlardan birinin sözlərinə görə, izdiham dini tədbir bitdikdən sonra, hamı dağılışmağa başlayanda yaşanıb.

Hadisənin dəqiq səbəbi aydınlaşdırılır, araşdırma aparmaq üçün xüsusi qrup yaradılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.