Dünya

Meksikada yeni seçilmiş bələdiyyə sədri öldürüldü

18 İyun 2024 10:13
Baxış: 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikada solçu "Mexico Advance" regional partiyasından Herrero ştatının Kopala bələdiyyəsinin meri seçilən Salvador Villalba Flores sifarişlə qətlə yetirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ştat prokurorluğunun press-relizində deyilir.

Villalba Hərbi Dəniz Qüvvələrinin istefadakı kapitanı idi və Meksika Milli Qvardiyasının himayəsində olub.

Məlumata görə, seçilmiş mer Mexikodan Kopalaya gedərkən silahlı şəxslər onun avtomobilinin qarşısını kəsib və odlu silahla vurulub.

Villalba oktyabrın 1-dən Kopala meri vəzifəsinə başlamalı idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.