Yəmən husiləri yenidən ABŞ Hərbi Dəniz Qüvvələrinin "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə və həmçinin Amerika esminesinə hücum edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qruplaşmanın hərbi sözçüsü Yəhya Sari bildirib.
Bildirilib ki, ABŞ-ın "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə "çoxlu raketlər və pilotsuz uçuş aparatları ilə Qırmızı dənizin şimalında zərbələr endirilib". O, bunun "son 24 saatda təyyarədaşıyan gəmiyə qarşı ikinci əməliyyat olduğunu" vurğulayıb.
Onun sözlərinə görə, husilər, həmçinin ABŞ-ın Qırmızı dənizdə esmines və "Abliani" və "Maina" ticarət gəmilərinə, eləcə də Hind okeanında "Aloraiq" gəmisinə qarşı əməliyyatlar keçirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun