Dünya

Lukaşenko Rəisinin ölümündə günahkarı açıqladı

24 May 2024 20:15
Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus lideri Aleksandr Lukaşenko İran prezidenti İbrahim Rəisinin faciəvi şəkildə ölümündə ABŞ-nin sanksiya siyasətinin rol oynadığını bildirib,

Milli.Az Unikal-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri, xüsusən də İran liderinin helikopterinin texniki xidmətinə mane olub.

"ABŞ-nin iyrənc siyasəti buna səbəb oldu. İlk növbədə, sanksiyalar. Bu əclafların adam daşıyan təyyarələrə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi. Bu da onların günahıdır. Onlar bu helikopterə xidmət göstərməyə mane olublar", - deyə Lukaşenko bildirib.

O, əlavə edib ki, bu barədə Belarus prezidenti kimi deyil, ilk növbədə insan kimi danışır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.