Zaxarova: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Xarici İşlər Nazirliyi Fransanı etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə və Yeni Kaledoniyanın yerli əhalisinin hüquq və azadlıqlarına əməl olunmasını təmin etməyə çağırıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Biz Parisi etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə, Yeni Kaledoniyanın və nəzarəti altında olan digər dənizaşırı ərazilərin yerli əhalisinin hüquq və azadlıqlarına riayət olunma təmin etməyə çağırırıq", - o bildirib.
İctimai narazılığın artmasının səbəbi kimi Fransa parlamentində 1998-ci ildən bəri qüvvədə olan yerli seçkilərdə səsvermə qaydasını dəyişdirmək üçün hazırlanmış və adada 10 ildən çox yaşayan hər kəsə seçki hüququ verən bir qanun layihəsinin nəzərdən keçirilməsi göstərilib.
"Bu qanunvericilik təşəbbüsünün əleyhdarları səbəbsiz olaraq Parisin kanakları öz müqəddəratını təyinetmə hüququndan tamamilə məhrum etmək, müstəqillik tərəfdarlarının mövqelərini pozmaq cəhdini görürlər", - M.Zaxarova bildirib.
Onun sözlərinə görə, Yeni Kaledoniyadakı böhran göstərir ki, Fransanın indi dənizaşırı ərazilər adlandırılan keçmiş müstəmləkələri ilə bağlı siyasəti dalana dirənir.
Vurğulanıb ki, BMT-nin təsnifatına görə, Yeni Kaledoniya özünü idarə etməyən ərazidir, yəni müstəmləkəsizləşdirmə prosesinin hələ də başa çatmadığı yerdir:
"Bildiyiniz kimi, xarici dövlətlərin daxili işlərinə qarışmırıq. Bu üsul daha çox Qərb və Fransa üşün xarakterikdir. Yelisey sarayı başqalarına dərs keçmək əvəzinə, öz dərin problemlərinə nəzər yetirməli idi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov





