Dünya

Slovakiyadan Makronun bəyanatına sərt cavab

6 May 2024 06:17
Baxış: 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makronun Ukrayna ilə Rusiya arasında cəbhə xətti pozulacağı təqdirdə NATO quru qüvvələrinin Ukraynada yerləşdirilməsini istisna etmədiyi haqqında bəyanatına reaksiya verməyə bilmirəm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso deyib.

"Ukraynadan min müraciət alınsa belə, bu dövlət NATO-nun üzvü deyil. Mən bütün Slovakiyaya çox aydın, qəti bir siqnal göndərirəm. Bizdən nə istəmələrindən asılı olmayaraq, əsgərlərimiz Slovakiya-Ukrayna sərhədindən keçməyəcək. Bir daha təkrar edirəm, keçməyəcək. Biz bu hərbi çılğınlığa töhfə verməyəcəyik, çünki Ukraynada mövcud vəziyyətin necə olduğunu çox yaxşı bilirik. Mən bu bəyanatları Üçüncü Dünya müharibəsinə doğru addım hesab edirəm", - Fitso qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.