Dünya

İraqda qaz yatağı dronla vuruldu, ölənlər var

27 Aprel 2024 00:10
Baxış: 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq Kürdüstanında qaz yatağına pilotsuz uçuş aparatı ilə zərbələr endirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Shafaq News" informasiya portalı məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Ölən və yaralananların hamısı xarici işçilərdir.

Portalın məlumatına görə, zərbə Kürd muxtariyyətinin şərqindəki Süleymaniyyə əyalətində yerləşən Kürmür qaz yatağına endirilib.

Muxtar bölgə hökumətinin energetika nazirliyi hücumun elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.