Dünya

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır

27 Aprel 2024 16:00
Baxış: 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan "Counterpoint"in məlumatına görə, Çində "Apple"nin məhsullarına tələb xeyli azalıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, Çində smartfon satışları 2024-cü ilin birinci rübündə illik 1,5 faiz artıb.

Bu dövrdə "Apple"ın Çində smartfon satışları 19,1 faiz azalıb. Yerli marka olan "Huawei"in satışları isə 69,7 faiz artıb. 

Satışdakı bu dəyişiklikdən sonra "Apple"ın bazar payı 19,7 faizdən 15,7 faizə düşüb, "Huawei"in bazar payı isə 9,3 faizdən 15,5 faizə yüksəlib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.