Dünya

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

24 Aprel 2024 14:10
Baxış: 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir Ermənistanın Qazaxın dörd kəndini Azərbaycana qaytarması və iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  rəsmi bəyanatda Misir Xarici İşlər Nazirliyi bu razılaşmanın müsbət irəliləyiş olduğunu bəyan edib.

Nazirlik bu mühüm addımı yüksək qiymətləndirərək, hər iki tərəfi sülh sazişinin əldə edilməsi üçün etimadı artıran yeni addımlar atmağa çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.