Dünya

Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu oldu

24 Aprel 2024 10:30
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smolenskdə (Rusiya) neft emalı zavoduna PUA hücumu olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Anoxin xəbər verib.

Məlumata görə, ilk partlayış yerli vaxtla saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində (Smolenskdən 20 km aralıda) olub. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib, bundan sonra sənaye obyekti alovlara bürünüb. Saat 4 radələrində daha bir neçə partlayış olub.

"Fövqəladə Hallar Nazirliyi hadisə yerindədir. Sakit olmağınız və təlaşa düşməməyiniz xahiş olunur", - deyə qubernator müraciətində bildirib.

Xatırladaq ki, təxminən bir ay əvvəl Samara vilayəti, Novokuybışevsk şəhərindəki neft emalı zavoduna dron hücumu olmuşdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.