Dünya

Zelenski Ukrayna ordusunun Canköyə hücum etdiyini təsdiqləyib

18 Aprel 2024 06:14
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Krım yarımadasının şimalındakı Canköy şəhərinə zərbə endirdiyinə təsdiqləyib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində deyib.

"Bu gün Ukrayna Silahlı Qüvvələri Canköydəki işğalçıya, aerodroma düzgün zərbə endirib <...> Dəqiqliyiniz üçün təşəkkür edirik. Bu əməliyyatı təşkil etdiyi üçün baş komandan Sırskiyə təşəkkür edirəm. İşğalçı itirməlidir və hər bir itki Ukraynanın gücüdür", - Zelenski söyləyib.

Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələri işğal altındakı Krımın şimalında yerləşən Canköyə zərbə endirib.

Qeyd edək ki, Ukraynanın Krım Muxtar Respublikası və eyni yarımadada yerləşən xüsusi statusa malik Sevastopol şəhəri 2014-cü ildən Rusiyanın işğalı altındadır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.