Dünya

Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO

17 Aprel 2024 15:05
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb.

Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib.

Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki, naməlum heyvanın baş hissəsi olmayıb.

Çimərlikdə çəkilmiş fotoşəkildə sümükləri və əzələləri olan bir növ heyvanın böyük bədəni göstərilir, lakin onun bioloji növlərini tanımaq demək olar ki, mümkünsüz görünür.

Naməlum dəniz heyvanının köpəkbalığı və ya balina olduğunu güman etmək olar, lakin qeyd olunur ki, qəribə məxluqun üzgəcləri və quyruğu yoxdur.

Artıq naməlum heyvanın cəsədi mütəxəssislər tərəfindən tədqiq olunur, onlar onun hansı növə aid olduğunu müəyyənləşdirməyə çalışacaqlar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.