Dünya

Ukrayna savaşı davam etdirməlidir, əks halda... - Berbok

10 Aprel 2024 23:25
Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndi Rusiya Prezidenti Vladimir Putini müharibəni dayandırmağa məcbur etmək üçün heç bir diplomatik vasitə yoxdur. Ona görə də Ukrayna mübarizəni davam etdirməlidir.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Müharibə bir şəkildə bitsəydi, yaxşı olardı, amma Ukrayna indi özünü müdafiə etməyi dayandırsa, bu, müharibənin yox, Ukraynanın sonu demək olacaq, müharibə başqa ölkələrə hücumlarla davam edəcək", - A.Berbok bildirib.

Nazir əlavə edib ki, indi soyuq müharibə dövründən fərqli olaraq ABŞ, NATO və Kreml arasında "qaynar xətt" işləmir, çünki Putin Alyansı özünün əsas düşməni elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.