Dünya

İnterpolun axtardığı neft qaçaqmalçısı Yunanıstanda saxlanılıb

31 Mart 2024 00:56
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın hüquq-mühafizə orqanları neft qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq şəbəkənin əsas üzvlərindən birini saxlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan polisi məlumat yayıb.

Bildirilir ki, şəbəkə Latın Amerikasından qaçaqmalçılıq yolu ilə əldə etdiyi neft məhsullarını müxtəlif ölkələrə sataraq 21 milyard dollar mənfəət əldə edib. Tankerlərin izlənməsinə mane olmaq üçün dəstə üzvləri sahildən aralandıqdan sonra transponderləri söndürüblər. Bu da qəza riskini artırıb.

Saxlanılan şəxs İnterpol tərəfindən axtarışda olan İtaliya vətəndaşıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.