Dünya

Türkiyə aviaşirkətinin Avropaya uçuşları qadağan edilib

30 Mart 2024 08:42
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Southwind Airlines" aviaşirkətinin Avropaya uçuşları qadağan edilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Turizm Güncel" saytı Avropa İttifaqının qərarına istinadən məlumat yayıb.

Belə ki, rəsmi Brüssel Aİ-yə üzv dövlətlərə elan edib ki, "Southwind Airlines" (Cortex Aviation and Tourism Trade-nin rəsmi adı) aviaşirkətinin təyyarələrinə sanksiyalar qaydalarına uyğun olaraq Avropada uçuş və enişi qadağan edilib.

Hazırda bu qadağaya görə, "Southwind Airlines" tərəfindən həyata keçirilən Şarm əl-Şeyxdən "Air Cairo SM903" kodlu uçuş gecikir. Həmçinin Sürix, Berlin, Düsseldorf, Frankfurt, Hamburq, Münhen və Ştutqartın hava limanları bu aviaşirkətin təyyarələrinin gəlişinə qadağa qoyub.

Aİ-də hesab edirlər ki, "Southwind Airlines" faktiki olaraq Rusiyanın sanksiya tətbiq etdiyi strukturlar tərəfindən idarə olunur. Şirkət 2022-ci ilin aprel ayında yaradılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.