Dünya

Stoltenberq: “Gürcüstanın Avropaya inteqrasiyası ölkənin NATO-ya daxil olması prosesinə töhfə verəcək”

19 Mart 2024 06:52
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO daha güclü demokratiya və inteqrasiya yolunda Gürcüstanın yanındadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

"Avropa İttifaqına (Aİ) namizəd statusu sabitliyinizi və rifahınızı yaxşılaşdırmaq üçün ən böyük fürsətdir", - deyə alyansın rəhbəri qeyd edib.

Stoltenberq bildirib ki, Gürcüstanın bu gün Aİ-yə üzvlük üçün atdığı addımlar ölkənin NATO-ya daxil olması prosesinə töhfə verəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.