Dünya

Nigeriyada 200-dən çox şagird qaçırıldı

8 Mart 2024 09:24
Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın şimal-qərbində silahlı şəxslər tərəfindən 200-dən çox məktəb şagirdi qaçırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Daily post" qəzeti xəbər verib.

"Kaduna ştatının Kuriga şəhərində 232 məktəbli qaçırılıb. Bu, təxminən bir ay əvvəl direktorun öldürüldüyü, arvadının isə qaçırıldığı həmin məktəbdir", - deyə ştat senatoru Şehu Saniyə bildirib.

Qeyd edilib ki, məktəbə hücum səhər saatlarında ümumi yığıncaq keçirilən zaman baş verib. Polis hələlik oğurlananların dəqiq sayını açıqlamayıb. Müxtəlif Nigeriya nəşrləri 100 və ya daha çox rəqəmi qeyd edir. Qaçırılanların yaşı qeyd olunmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.