Dünya

Yupiterin peykində bir milyon insanı təmin edəcək oksigen yaranır

6 Mart 2024 21:09
Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NASA-nın reaktiv laboratoriyası Yupiterin 95 peykindən birində - Avropa adlandırılan peykdə hər gün min tona qədər oksigen əmələ gəldiyini müəyyən edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Yupiterin ən yaxın altıncı peyki olan Avropa Aydan bir qədər kiçikdir.

Yer kimi, onun da qayalı mantiyaya və sərt nüvəyə malik olduğu ehtimal edilir. Alimlərin apardıqları hesablamalar peykin saniyədə təxminən 12 kiloqrama yaxın oksigen istehsal etdiyini göstərir.

Bu məlumatlar 2022-ci ildə NASA-nın "Yuno" kosmik zondu tərəfindən toplanıb. Təşkilatın Yuno missiyası qaz nəhəngləri arasında ən yaxşı nümunə olan Yupiterin tarixini öyrənərək onun peyklərinin yaranma mərhələlərini anlamağa çalışacaq.

NASA Yupiterin sözü gedən peykində ətraflı kəşfiyyat işləri aparmaq və orada həyat üçün əlverişli şəraitin olub-olmadığını müəyyən etmək üçün 2024-cü il oktyabrın 10-da "Avropa Clipper" missiyasına başlamağı planlaşdırır. Alimlər Avropa peykinin Yerdən kənarda həyat üçün uyğun mühitləri tapmaqda ən perspektivli yer ola biləcəyini ehtimal edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.