Dünya

Husilər Amerikanın Tor Thor gəmisinə raket zərbəsi endiriblər

25 Fevral 2024 09:27
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəmənin Ənsar Allah hərəkatının husiləri Ədən körfəzində Amerikanın Torm Thor gəmisinə hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, husilər gəmiyə bir neçə gəmi əleyhinə raket atıblar.

Saria həmçinin bildirib ki, hərəkat nümayəndələri pilotsuz təyyarələrdən istifadə etməklə Qırmızı dənizdə bir sıra Amerika hərbi gəmilərinə hücum həyata keçirib.

Fevralın 24-də ABŞ ordusunun Husilərə məxsus yeddi gəmi əleyhinə raketi vurduğu bildirilir.

Bundan əvvəl Yəmənin qərb sahillərinə və Bab əl-Məndəb boğazına nəzarət edən "Ənsar Allah" hərəkatı Britaniya və ABŞ gəmilərinin Qırmızı dənizdən keçməsinə qadağa qoyub.

Həmçinin husilərin elan etdiyi qadağa İsraildə qeydiyyatdan keçmiş və yəhudi dövləti ilə əlaqəli gəmilərə şamil edilir.

Qəzza zolağında İsrail və Fələstin HƏMAS hərəkatı arasında müharibənin fonunda, Yəmənin husi üsyançıları 2023-cü il oktyabrın əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başladılar. Bu məqsədlər üçün pilotsuz təyyarələr və raketlərdən istifadə olunur.

Bundan əvvəl husilər Qırmızı dənizdə ticarət gəmilərinə hər 12 saatdan bir hücum etmək niyyətində olduqlarını bəyan etmişdilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.