Dünya

Honqkonqda otaqlarında 132 kq kokain tapılan turistlər saxlanılıb

18 Fevral 2024 19:37
Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honqkonq polisi iki əcnəbi turisti otel otağından 120 milyon Honkonq dolları (təxminən 15,3 milyon ABŞ dolları) dəyərində 132 kq kokain tapdıqdan sonra saxlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə yerli polisin X sosial şəbəkəsində verdiyi açıqlamada deyilir.

Qeyd olunub ki, 47 yaşlı Dominikan və 44 yaşlı Kolumbiya vətəndaşı narkotik qaçaqmalçılığı üçün əcnəbiləri cəlb edən transmilli sindikatda işləyiblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar Londonda transferlə İspaniyadan Honqkonqa gəliblər.

Öz növbəsində "South China Morning Post" xəbər verir ki, şübhəlilər Honqkonqa yanvarın sonunda gəliblər, narkotiklər isə fevralın əvvəlindən onların otel otağında saxlanılıb. Qəzet həmçinin iddia edir ki, hər iki şəxs İspaniya pasportuna malikdir.

Nəşrin məlumatına görə, şübhəlilər cümə günü saxlanılıb. Onların otağından ümumilikdə 109 bağlama narkotik vasitə aşkar edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.