Dünya

ABŞ-nin Suriyanın şərqindəki bazası raket atəşinə tutulub, yanğın başlayıb

3 Fevral 2024 08:23
Baxış: 758
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətindəki "Koniko" qaz yatağındakı bazası raket atəşinə tutulub.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

"Deyr əz-Zorda "Koniko" qaz yatağındakı Amerika bazası dörd raketlə vurulub və yanğın başlayıb", - mənbə bildirib.

Hücum zamanı insan tələfatının olub-olmadığı açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə İraq və Suriyadakı hədəflərə hücumlar həyata keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.