Dünya

Tramp yenidən Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü

31 Yanvar 2024 09:18
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bu mükafata ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Klaudiya Tenni tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, Tramp İsrail ilə BƏƏ və Bəhreyn arasında münasibətlərin normallaşdırılmasına dair sənədlərin - "İbrahim razılaşmaları"nın imzalanmasına kömək etdiyinə görə bu mükafata layiq gğrülməlidir.

Qeyd olunur ki, Tramp bundan əvvəl üç dəfə Nobel Sülh Mükafatına namizəd olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.