Dünya

8 mindən çox ukraynalı Rusiya əsirliyindədir

26 Yanvar 2024 08:05
Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 mindən çox ukraynalı (mülki və hərbçi - red.) Rusiya əsirliyindədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Yuri Taranyuk bildirib.

"İndiyədək 49 mübadilə aparılıb və 2828 nəfər evlərinə qaytarılıb. Hazırda 8 mindən çox insan əsirlikdədir, onlardan 1600-dən çoxu mülki şəxsdir. Daha on minlərlə insan - həm mülki vətəndaşlar, həm də hərbi əsirlər - itkin düşənlər siyahısındadır", - o vurğulayıb.

Onun sözlərinə görə, əsirlikdə olan 8 mindən çox insanın yalnız yarısından çoxu Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Rusiya tərəfindən təsdiqlənib. Digər əsirlər haqqında məlumat başqa üsullarla, xüsusən də azad edilmiş əsirlərdən əldə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.