Dünya

Pakistanın Baş naziri Davosu vaxtından əvvəl tərk edir

18 Yanvar 2024 11:22
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın müvəqqəti Baş naziri Ənvər-ul-Hak Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunu vaxtından əvvəl tərk edərək paytaxt İslamabada qayıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Pakistanla İran arasında vəziyyətin gərginləşməsi olub. 

"Vəziyyət ciddi hal aldığından, Kakar səfərini yarıda qoyaraq Pakistana qayıdır", - deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Ceyş əl-Ədl" qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Pakistan daha sonra İrandakı səfirini geri çağırıb. Yanvarın 18-i isə Pakistanın Hərbi Hava Qüvvələri İran ərazisinə raket zərbələri endirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.