Dünya

Rusiyadan təhlükəli həmlə - “Bu, Ukrayna üçün yaxşı xəbər deyil”

15 Yanvar 2024 23:42
Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Drel" bombası Ukraynanın zirehli texnikalarını məhv etmək üçün effektli vasitə olacaq.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Polşanın "Mysl Polska" nəşri məlumat yayıb.

"Bu, ukraynalılar üçün o qədər də yaxşı xəbər deyil, çünki yarım tonluq "Drel" bombası Rusiya qırıcılarına yerüstü hədəfləri, məsələn, Ukraynanın zirehli texnikalarının hərəkət edən kolonlarını məhv etmək üçün müasir, effektli və dağıdıcı vasitə verən ölümcül silahdır", - məqalədə deyilir.

Nəşr yazır ki, Rusiyanın zəngin partlayıcı tərkibli (təxminən 15) müasir döyüş sursatları düşmənin tanklarına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirmək üçün nəzərdə tutulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.