Dünya

Şoltsa təzyiqlər başladı: Bu raketləri Ukraynaya ver!

7 Yanvar 2024 02:45
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taurus" qanadlı raketlərinin Kiyevə tədarükü ilə bağlı Almaniya kansleri Olaf Şoltsa hakim koalisiyanın tərkibində yer alan Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası, Azad Demokratik Partiyası və liberallar tərəfindən təzyiqlər güclənir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Rheinische Post" məlumat yayıb.

Məlumata görə, Yaşıllar, Azad Demokratik Partiyası və müxalif Xristian Demokrat İttifaqının bir neçə nümayəndəsi raketlərin Ukraynaya tədarükünün zərurətindən danışıb və Şoltsu həddən artıq təmkinli olmaqda ittiham edib.

"Ukraynaya "Taurus" qanadlı raketlərinin tədarükü çoxdan yetişib. Passivlik kanslerindir və hökumətin ümumi mövqeyi hesab edilmir", - Bundestaqdakı "İttifaq-90/ Yaşıllar" fraksiyasından olan deputat Sara Nanni deyib.

Xristian Demokrat İttifaqının xarici siyasət məsələləri üzrə eksperti Roderix Kizeveter isə bildirib ki, Kiyevə kifayət qədər hərbi yardımın göstərilməməsi faktiki olaraq Rusiyaya dəstək deməkdir:

"Rusiya Qərbin zəifliyi səbəbindən özünü güclü hiss edir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.