Dünya

Ata bir yaşlı qızını beşinci mərtəbədən atdı

4 Yanvar 2024 21:37
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yekaterinburq şəhərində sərxoş halda olan 30 yaşlı kişi arvadı ilə mübahisə edib və azyaşlı qızını beşinci mərtəbənin pəncərəsindən atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir yaşlı qızcığaz dörd gün qarın altında qalıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Cütlük dekabrın 30-da mübahisə edib, uşaq Posadskaya küçəsindəki evin yaxınlığında, şaxtalı havada qar topasının altında qalıb və valideynlər onu unudublar. Qızcığaz yalnız yanvarın 3-də tapılıb.

Uşağın atası dərhal polis tərəfindən saxlanılıb.

Məlum olub ki, o, əvvəllər quldurluq, oğurluq və dələduzluq üzrə məhkum edilib. İndi isə ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi açılıb və 20 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.