Dünya

İranda 95 nəfəri qanına qəltan edənlərin kimliyi bilindi

4 Yanvar 2024 19:33
Baxış: 2 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İŞİD İranın Kirman şəhərində baş verən 2 partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Terror Alarm" X hesabı məlumat yayıb.

İranın "Həmşəhri" qəzeti partlayışlardan birinin kamikadze tərəfindən törədildiyini, ikinci partlayış barədə araşdırmaların davam etdiyini yazıb.

İranın Kirman şəhərində partlayıcı qurğular terrorçu-kamikadzelər tərəfindən işə salınıb.

Bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisə yerinin və videogörüntülərin ətraflı tədqiqindən sonra partlayışın kamikadze tərəfindən törədildiyi aydınlaşır.

Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimində iki partlayış baş verib, nəticədə 95 nəfər ölüb, 211 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.