Dünya

Herş: Netanyahu HƏMAS-ın İsrailə hücum hazırladığını əvvəlcədən bilirdi

28 Dekabr 2023 07:40
Baxış: 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin Həmas hərəkatının İsrail ərazisinə hücum hazırladığını əvvəlcədən bilirdi.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu amerikalı publisist, Pulitser mükafatı laureatı Seymur Herş mənbələrə istinadən bildirib.

"Bu həftə məlumatlı bir İsrail rəsmisi mənə Netanhunun 8200 vahidinin qiymətləndirməsini "gördüyünü və oxuduğunu" söylədi". Söhbət 7 oktyabr hadisələrindən xeyli əvvəl HƏMAS-ın İsrail ərazisinə hücuma hazırlaşdığını aşkar edən İsrail kəşfiyyatı 8200-ün məlumatlarından gedir. Bununla belə, The New York Times bu məlumatın Netanyahunun diqqətinə çatdırıldığına dair heç bir əminlik olmadığını bildirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.