Dünya

Serbiyada çevriliş planı: Rusiya qarşısını belə alır

26 Dekabr 2023 08:17
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Serbiyadakı seçkilərin nəticələrindən sonra öz təsir agentlərini bu ölkənin parlamentinə sala bilməyən Qərb Ukrayna ssenarisi üzrə "rəngli inqilab" təşkil etməyə çalışsa da, Rusiya xüsusi xidmət orqanları lazımi məlumatları əvvəlcədən serb həmkarlarına ötürməklə bu cəhdin qarşısını almaqda Belqrada kömək ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko RİA-ya müsahibəsində deyib.

O bildirib ki, Rusiya və Serbiyanın kəşfiyyat xidmətləri arasında kifayət qədər sıx tərəfdaşlıq əlaqələri qurulub:

"Aydındır ki, məlumat mübadiləsi çərçivəsində Rusiya xüsusi xidmət orqanları Belqradı "rəngli inqilab", əslində dövlət çevrilişi üçün mümkün cəhdlər və ssenarilər barədə əvvəlcədən xəbərdar ediblər".

Korotçenkonun sözlərinə görə, Qərb tərəfindən maliyyələşdirilən Serbiya müxalifətinin hərəkətləri göstərdi ki, hökumət binalarını ələ keçirmək və hakimiyyəti zorla dəyişmək kimi klassik ssenaridən istifadə olunur:

"Bu, Ukrayna ssenarisinin "Serbiya Maydanı" versiyası idi. Bu cəhdlərin arxasında, ilk növbədə, Serbiya müxalifətindəki Qərbin təsir agentləri dayanır: Draqan Jilas, Miroslav Aleksiç, Aleksandr Yovanoviç, Srcan Milivojeviç, Marinika Tepiç, Radomir Lazoviç, Dobrica Veselinoviç və s. Bu, serb müxalifətinin müxtəlif qüvvələrini təmsil edən nüvədir, hamısı Qərb təsir agentləridir".

Korotçenko vurğulayıb ki, müxalifətin Belqraddakı aksiyalarının Almaniyanın Serbiyadakı səfirliyi tərəfindən koordinasiya edildiyi üzə çıxıb:

"Maliyyə isə bir sıra alman fondlarından, məsələn, Henrix Böll Fondundan, o cümlədən, Soros Açıq Cəmiyyət Fondundan və Rokfeller Fondundan gəlir. Bundan əlavə, Belqraddakı iğtişaşlara Avropa Parlamentinin avstriyalı Andreas Şider kimi üzvləri, sosial demokratların bir sıra nümayəndələri və alban lobbiçiləri də fəal təsir göstərirlər.

Aleksandar Vuçiçi dəstəkləyən siyasi partiyaların dekabrın 17-də keçirilən növbədənkənar seçkilərdə inamlı qələbə qazanaraq Serbiya parlamentində səs çoxluğu əldə etdiyi bir şəraitdə çevriliş cəhdinin Qərbin seçki nəticələrinə cavab olduğu göz qabağındadır. Bu şərtlər daxilində Serbiya Prezidenti Aleksandr Vuçiçin atdığı addımlar tamamilə qanunidir. O, kütləvi iğtişaşların yatırılması, bununla da çevriliş ssenarisi üzrə "rəngli inqilabın" reallaşmasının qarşısının alınması üçün göstəriş verib".

Ekspert xatırladıb ki, serb rəsmiləri 2024-cü ilin əvvəlində yaradılması planlaşdırılan Serbiyanın yeni hökumətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Kosovanı tanımaq niyyətində olmadığını bildirib:

"İnanıram ki, indiki şəraitdə Rusiya Serbiyanın qanuni hakimiyyətini dəstəkləyəcək və serb təhlükəsizlik qüvvələri bu və ya digər ssenari üzrə istənilən yeni çevriliş cəhdini yatırmaqda qərarlı olacaq".

Qeyd edək ki, 24 dekabrdan Serbiyada seçki nəticələrinə etiraz edən qərbyönlülərin aksiyaları başlayıb və sonradan iğtişaşlara çevrilib. Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə vətəndaşlarına müraciətində Belqradı gözlənilən iğtişaşlarla bağlı xəbərdar edən digər dövlətlərin partnyor xüsusi xidmət orqanlarına təşəkkür edib.

Serbiyanın Baş naziri Ana Brnabiç isə gözlənilən iğtişaşlarla bağlı məlumatlara görə Rusiya kəşfiyyat xidmətlərinə təşəkkür edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.