Dünya

İndoneziya Ukrayna münaqişəsində NATO-nu günahlandırdı

22 Dekabr 2023 08:26
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İndoneziya yaxşı başa düşür ki, Ukrayna münaqişəsinin qızışmasına səbəb Şimali Atlantika Alyansının ambisiyaları olub".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İndoneziya Demokratik Mübarizə Partiyasının baş katibi Xasto Kristianto deyib.

Onun sözlərinə görə, ölkələrin suverenliyinə hörmət İndoneziyanın xarici siyasətinin fundamental prinsiplərindən biridir.

"Bu baxımdan, biz Rusiya və Ukrayna ilə bağlı vəziyyəti tam şəkildə başa düşürük. Çünki bu, suverenlik problemidir və NATO-nun ambisiyaları səbəbindən ortaya çıxıb", - deyə Xasto Kristianto qeyd edib.

O, həmçinin bildirib ki, İndoneziyanın öz suverenliyinin qorunmasına da lazımi diqqət yetirilməlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.