Dünya

Ermənistanda fırıldaqçılıq: 500 min dollar...

22 Dekabr 2023 00:59
Baxış: 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın İstintaq Komitəsi vətəndaşlara 500 min dollardan artıq pulun oğurlandığı dələduzluq sxemi barədə xəbərdarlıq edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fırıldaqçılar neyroşəbəkələr vasitəsilə tanınmış şəxsiyyətlərin - siyasətçilərin və sahibkarların müxtəlif layihələrə investisiya yatırmağa və ya müxtəlif şirkətlərin, o cümlədən "Qazprom Ermənistan"QSC-nin səhmlərini almağa çağırdıqları reklamlar hazırlayıblar.

Fırıldaqçıların qurbanı əsasən texnologiyadan xəbəri olmayan və bank məlumatlarını verməyə razı olan insanlardır.

İstintaq Komitəsi vətəndaşları bu cür şübhəli layihələrə sərmayə qoymaqdan çəkinməyə və şəxsi məlumatlarını cinayətkarlara verməməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.