Yeni Kaledoniyada Fransaya qarşı etiraz yürüşü keçirilib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Kaledoniyanın paytaxtı Numeada ölkənin müstəqilliyi və suverenliyini tələb edən siyasi partiyalar tərəfindən etiraz yürüşü keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kaledoniya və Kanak xalqı son günlər Fransa dövlətinin bir çox nazirinin ölkələrinə gəlişini onlara qarşı təzyiq olduğunu və bu təzyiqə etiraz etdiklərini bildirirlər. Xüsusilə silahlı qüvvələr naziri S.Lekornunun ölkəyə gəlişi yerli insanları daha çox narahat edib. Onlar Fransanın Yeni Kaledoniyanı hərbiləşdirməsinə qarşı çıxırlar.
Kaledoniyalılar Makron hökumətinin onları 1988-ci ildə Kaledoniya ilə bağlı müəyyən edilmiş trayektoriyadan yayındırmaq cəhdlərinə və onun tam suverenliyinə nail olmasına qarşı həyata keçirdiyi müxtəlif manevrlərə etiraz edirlər. Bildirirlər ki, etiraz nümayişinin məqsədi Fransa dövlətinin ölkəyə yaratdığı risklər barədə Kaledoniya əhalisini xəbərdar etmək və məlumatlandırmaqdır.
Nümayişin təşkilatçıları qeyd edirlər ki, Fransanın daxili işlər naziri J.Darmanənin çıxışları Fransa hökumətinin mövqeyini, dekolonizasiya və ölkənin tam suverenliyi məsələsində müstəqillik tərəfdarlarının və milli fəalların fikrini nəzərə almamaq istəyini nümayiş etdirir. "Le Cellule de Coordination des Actions de Terrain" qrupu Kaledoniya rəhbərlərinin razılığı olmadan hər hansı konstitusiya islahatları keçirilməsinə və qanunun dəyişdirilməsinin məcburi şəkildə keçirilməsinə sərt etiraz bildirib. Vurğulanıb ki, silahlı qüvvələr naziri S.Lekornunun Kaledoniyaya gəlişi Fransanın Hind və Sakit Okean regionunda hərbi mövcudluğunu və qüdrətini gücləndirmək məqsədini açıq şəkildə nümayiş etdirir. Prezident E.Makronun Hind-Sakit Okean regionunda hazırladığı strategiya Yeni Kaledoniyanı təhlükəli vəziyyətə salacaq. E.Makron siyasəti ilə Yeni Kaledoniyanın müstəqillik qələbəsinə mane olmaq və ölkənin siyasi həyatına təsir etmək istəyini aydın nümayiş etdirir. Nümayişçilər fransız nazirlərin son günlər Kaledoniyaya gəlişini onların BMT Baş Assambleyasının 2020-ci il dekabrın 10-da qəbul edilmiş qətnaməsinin tətbiq edilməməsi ilə bağlı hökumətin mövqeyini ortaya qoyduğunu deyirlər.
Numea sazişinin ölkəyə sülh və sabitlik gətirdiyini bildirən nümayişçilər həmin sazişdə nəzərdə tutulmuş müddətin sonunda ölkələrinin tam azad olacağını gözləyirlər.
Kaledoniyada fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın bu ölkənin müstəqilliyini dəstəkləməsini yüksək qiymətləndiriblər. Buna görə də nümayiş kortecində Azərbaycan Bayrağı dalğalanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir





