Dünya

Qadın 4 uşağının atasını ən yaxın rəfiqəsi ilə tutdu

5 Dekabr 2023 21:11
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyalı qadın ərini uşaqlarının xaç anası ilə xəyanət edərkən yaxalayıb.

Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, o, boşanmaq qərarına gəlib. 

Qadının sözlərinə görə, ərinin ona xəyanət etdiyi ən yaxın rəfiqəsi həm də dörd övladının xaç anasıdır. Ana uzun illər rəfiqəsini mütəmadi olaraq ailə tədbirlərinə dəvət edir və uşaqlarını ona etibar edirmiş:

"Bir gün şam yeməyindən sonra avstraliyalı qadının əri könüllü olaraq rəfiqəsini evə aparıb. Kişi və qadın getdikdən sonra qadın rəfiqəsinin ona gətirdiyi qabları evdə unutduğunu görüb. O, qabları dostuna qaytarmaq qərarına gəlib, bayıra çıxıb və maşınına tərəf gedib. Qadın maşına yaxınlaşanda ərini və yaxın rəfiqəsini maşının ön oturacağında görüb".

"Onlar qabaq oturacaqda öpüşürdülər. Ən yaxşı dostumuz ərimin üstündə oturmuşdu", - deyə qadın bildirib.

Avstraliyalı qadın əri ilə rəfiqəsinin müsnasibətini bildiyini hər kəsdən, hətta onların özündən belə gizlətmək qərarına gəlib. Buna səbəb isə onun ərindən boşana bilməməsidir. Belə ki, ölkənin qanunlarına görə, tərəflərdən biri boşanmaq üçün ərizə yazırsa proses 1 il sonra başlayır. 

Qadının sözlərinə görə, əri ilə münasibətdə olan rəfiqəsi də evlidir. Hazırda onun əri öz həyat yoldaşından şübhələnmir./baku.ws

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.