Dünya

Ukrayna səfirliyi Polşa XİN-ə nota verdi vəziyyət “rusca” deyil

23 Noyabr 2023 23:37
Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Varşavadakı səfirliyi sərhəd keçid məntəqəsində daha bir sürücünün ölümündən sonra Polşa Xarici İşlər Nazirliyinə nota göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna diplomatik missiyasının rəhbəri Vasili Zvariç məlumat verib.

Səfir yük maşını sürən və Polşa daşıyıcılarının Korçev keçid məntəqəsi qarşısında tətil etməsi nəticəsində növbəyə düşmüş ikinci ukraynalı sürücünün ölümünə münasibət bildirib.

Zvariç aydınlaşdırıb ki, Ukrayna diplomatik departamenti təcili olaraq Polşa Xarici İşlər Nazirliyinə növbəti rəsmi nota verib və yük maşınlarının hərəkətinin qarşısının alınmasını tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory