Dünya

Atom sualtı qayığı fəlakətin bir addımlığından döndü - FOTO

21 Noyabr 2023 20:47
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus olan "Vanguard" sinfinə aid atom sualtı qayığı dərinlikölçən sensorun nasazlığına görə batmaq üzrə olub. Hadisə vaxtı gəminin göyərtəsində 140 nəfər olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki,  "Trident 2" ballistik raketləri daşıyan sualtı qayıq Atlantik okeanında patrul xidmətinə hazırlaşanda onun dərinlikölçən sensorları sıradan çıxıb. Nəticədə sualtı qayıq nasazlıqdan xəbərsiz heyətlə "təhlükə zonasına" daxil olmaq üzrə olub. Sualtı qayığın arxa hissəsində olan mühəndislər ikinci dərinlikölçən vasitəsilə son anda nasazlığı görüblər və dərhal həyəcan siqnalı veriblər.

Mənbə təhlükəsizlik səbəbindən söhbətin hansı sualtı qayıqdan getdiyini və hadisənin hansı dərinlikdə baş verdiyi deməyib.

Britaniya komandanlığı hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Böyük Britaniyada cəmi dörd "Vanguard" sinifli atom sualtı qayığı var - "HMS Victorious", "HMS Vanguard", "HMS Vigilant" və "HMS Vengeance". Onların hamısı "Trident" nüvə ballistik raketləri ilə silahlanıb. Bu dörd sualtı qayıqdan yalnız ikisi istismara yararlıdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.