Dünya

Britaniyada nazir vəzifəsindən azad olundu

13 Noyabr 2023 13:02
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın daxili işlər naziri Suella Breyverman vəzifəsindən azad olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Baş nazir Rişi Sunak Suella Breyvermana onun hökumətdən getməsini istədiyini bildirib. Ona başqa vəzifə təklif olunmayıb.

Xatırladaq ki, daxili işlər naziri polis və Fələstinə dəstəklə bağlı yürüşlər haqqında söylədiyi şərhlərdən sonra tənqid olunub. Böyük Britaniya müxalifəti onu "nifrət nitqi yaymaqda" ittiham edib . Suella Breyverman Fələstinə dəstək nümayişlərini "nifrət yürüşləri" adlandırıb və polisi etirazları idarə edərkən "ikili standartlarda" ittiham edib.

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.