Dünya

Tiqran Xaçatryan saxlanıldı

9 Noyabr 2023 19:11
Baxış: 1 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Respublikasının Zəngəzur vilayətinin keçmiş qubernatorunun oğlu Tiqran Xaçatryan saxlanılıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Tiqran Xaçatryanın Gorus şəhərində silahdan istifadə etməklə xuliqanlıqda və bir şəxsə yüngül bədən xəsarəti yetirilməsində iştirakı müəyyən edilib. 

Bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin mətbuat xidməti bildirib. 

Qeyd edək ki, Tiqran Xaçatryan Ermənistanın Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğludur. 

Məlumata görə, Tiqran Xaçatryan avtomobil təkərlərinin satışı ilə məşğul olan 46 yaşlı iş adamı ilə münasibətlərinə aydınlıq gətirərkən, yanında olan silahdan ona atəş açaraq yüngül xəsarət yetirib, daha sonra hadisə yerindən qaçıb. 

O, saxlanılaraq istintaqa təhvil verilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.