Təhsil

208 nəfər imtahan vermədən tələbə oldu

23 Avqust 2025 00:11
Baxış: 354
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.

DİM-dən Milli.Az-a bildirilib ki, bu il müxtəlif yarışlarda yüksək nəticə göstərən bəzi abituriyentlər müsabiqədənkənar ali təhsil müəssisələrinə yerləşdiriliblər.

Belə ki, 2 nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.