Dünya

Benyamin Netanyahu: “Atəşkəs sözünü lüğətdən tamamilə çıxarmaq lazımdır”

6 Noyabr 2023 18:50
Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əsirlər qayıdana qədər atəşkəs olmayacaq".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Hərbi Hava Qüvvələri bazasını ziyarət edən zaman deyib.

Netanyahu əsirlərin azad edilməsini atəşkəs üçün şərt kimi irəli sürüb.

"Bilmənizi istəyirəm ki, bizim etməyəcəyimiz şey yoxdur. Girovlar geri dönənə qədər atəşkəs olmayacaq", - deyə o bildirib.

"Atəşkəs sözünü lüğətdən tamamilə çıxarmaq lazımdır. Biz bunu dostlarımıza, düşmənlərimizə də deyirik. Onları məğlub edənə qədər davam edəcəyik. Başqa alternativimiz yoxdur", - deyə o əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.