Dünya

Vulin istefa verdi

4 Noyabr 2023 08:26
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru Aleksandr Vulin istefa verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, A.Vulin ABŞ və Avropa Birliyini şantajda ittiham edib, Serbiyaya qarşı təzyiqləri artırmaqda günahlandırıb.

"Mən Serbiyaya qarşı şantaj və təzyiqin səbəbi deyiləm, buna icazə verməyəcəyəm. Bunun üçün də Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru vəzifəsindən istefa verirəm. Mənə qarşı tətbiq edilən sanksiyalar serblərin birliyi uğrunda inadkar mübarizəmin sübutudur", - Vulin vurğulayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi iyul ayında Aleksandr Vulinin sanksiya siyahısına daxil edildiyi barədə məlumat yaymışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.