Dünya

İstanbulun 50 günlük su ehtiyatı qalıb

2 Noyabr 2023 22:27
Baxış: 897
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin ən sıx məskunlaşmaya sahib İstanbul şəhərini su ilə təmin edən anbarlarında suyun səviyyəsi 18%-ə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu müddət ərzində yağıntı olmasa, bu həcm cəmi 50 gün üçün kifayət edəcək.

Məlumatı İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsi verib.

Qeyd edək ki, 18,07% - 156,9 milyon kubmetrdir. Aprel ayında rezervuar ehtiyatları 48,5% təşkil edib və o vaxtdan bəri davamlı olaraq azalmaqdadır.

16 milyondan çox insanın yaşadığı şəhər hər gün 3,1 milyon kubmetr su istehlak edir. İdarə İstanbul sakinlərini suya qənaət etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.