Dünya

ABŞ ilk dəfə bu cür hədələdi: İrana zərbə endiriləcək?

27 Oktyabr 2023 07:24
Baxış: 1 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

HƏMAS-ın 7 oktyabrda gözlənilmədən İsrailə etdiyi böyük hücum bütün diqqətləri bölgəyə çəkdi. ABŞ İsrailin yanında olduğunu göstərmək üçün hərbi gəmilərini İsrail sahillərinədək gətirdi. Ağıla ilk gələn bu hücumun arxasında Rusiya və İranın olmasının mümkünlüyü haqqında ehtimallar idi. Bununla Rusiya Qərbin Ukraynadan diqqətinin yayınmasına, İran isə Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına mane oldu. İsrail də öz növbəsində Qəzza cavabı ilə Qərblə ərəb dünyasını üz-üzə gətirdi.

Bu sözləri axar.az-a Co Baydenin İranın dini rəhbəri Əli Xameneini təhdid etməsi haqqında danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.

Professor qarşıdakı dövrdə vəziyyətin daha da gərginləşəcəyini bildirib:

"Baş verənlərə İran və Rusiyanın müttəfiqliyi prizmasından da yanaşa bilərik. Tehran bölgədəki gərginlikdən istifadə edərək, ona bağlı qruplar vasitəsilə ABŞ-ın Suriya və İraqdakı hərbi bazalarına hücum təşkil etdi. Co Baydenin İranın dini lideri Əli Xameneini ilk dəfə bu formada təhdid etməsi sadalanan hadisələr fonunda çox önəmlidir və bölgədə gərginliyin artacağından xəbər verir. Çin ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarından sonra növbənin ona çatacağını bildiyi üçün İran üzərindən bir sədd qurmağa çalışır. Əgər qarşıdakı beş ildə Çin bunu bacarsa, dünyada hakim dövlətə çevriləcək. ABŞ isə bunu bildiyi üçün İrana qarşı birbaşa müharibəyə girmək yerinə, onu anlaşmağa razı salmaq üçün hərbi gücündən təzyiq vasitəsi kimi istifadə edəcək. Bəhs etdiyimiz plan baş tutmasa, İrana birbaşa hərbi müdaxilə olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.