Dünya

Netanyahu xəbərdarlıq etdi: “Sərt cavab alacaqsınız”

16 Oktyabr 2023 23:09
Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsrail Livanın "Hizbullah" qruplaşması və İranın potensial hücumlarına sərt cavab verəcək".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə oktyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.

"Hizbullah"a da bir mesajım var: bizi şimalda sınamayın, bir dəfə etdiyiniz səhvi təkrarlamayın, çünki indi ödəməli olduğunuz bədəl daha yüksək olacaq", - deyə o, Knessetin (parlament) qış sessiyasında açılış nitqində deyib.

Netanyahu həmçinin qeyd edib ki, Fələstin-İsrail eskalasiyası fonunda İsrail qüvvələri uzunmüddətli döyüşlər aparmağa hazırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.