Dünya

Fransada bu səbəbdən ümummilli tətil gözlənilir

9 Oktyabr 2023 16:08
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın aparıcı həmkarlar ittifaqları, Ümumi Əmək Konfederasiyası (CGT) və Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) ölkənin işləyən vətəndaşlarını oktyabrın 13-də ümummilli tətilə çağırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə təşkilatların rəhbərləri "La Tribune Dimanche" qəzetinə birgə müsahibəsində bildiriblər.

Onların sözlərinə görə, əsas tələblər maaşların artırılması, kişilər və qadınlar arasında əməkhaqqı bərabərliyinin yaradılmasıdır.

Bildirilir ki, etirazlar günü Parisdə və digər şəhərlərdə qatarlar, ictimai nəqliyyatın işində fasilələr gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.