Dünya

Zəlzələləri bir həftə öncədən biləcəksiniz - FOTO

7 Oktyabr 2023 10:48
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ tədqiqatçıları zəlzələləri bir həftə əvvəldən təxmin edə bilən süni intellekt modeli hazırladıqlarını açıqlayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin harada və nə gücdə olacağını təxmin edir.

Hazırlanmış süni intellekt alqoritminin tədqiqat nəticələri Amerika Seysmoloji Cəmiyyətinin Bulletin jurnalında dərc olunub. Nəticələrə görə, tədqiqatçılar alqoritmi yoxlamaq üçün Çində 7 ay sınaqlar aparıblar.

Süni intellekt alqoritminin həftəlik proqnozları 320 kilometr uzaqlıqda zəlzələlərin harada və nə qədər böyük olacağını düzgün proqnozlaşdırıb. Təbii ki, onun səhv etdiyi məqamlar da olub. Məsələn, zəlzələni düzgün proqnozlaşdıra bilməyib və 8 dəfə yalançı həyəcan siqnalı verib.

Qeyd edək ki, sınaq mərhələsi başa çatdıqdan sonra tədqiqatçılar zəlzələlərin yüzdə 70 dəqiqliklə proqnozlaşdırıldığını açıqladılar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.